Türkiyənin ABŞ və İsraillə ticarət dövriyyəsi kəskin artıb - RƏQƏMLƏR


Bu ilin may ayı ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 33,8 milyard dollar olub.
Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, qonşu ölkədə idxalın həcmi ötən ilin may ayına nisbətən 19,3% azalaraq 17,8 milyard dollara düşüb, ixracın həcmi isə 12,1% artaraq 15,98 milyard dollara yüksəlib.
Xarici ticarət dövriyyəsində 1,84 milyard dollarlıq mənfi saldo yaranıb.
Ən çox məhsul Almaniyaya satılıb. May ayında Almaniyaya 1,47 milyon dollar dəyərində məhsul satıb və ötən ilin may ayı ilə müqayisədə 8,3% artıb. İxracda ikinci sırada 857 milyon dollarla İtaliya (azalma - 3%), 853 milyon dollarla Böyük Britaniya (azalma - 0,3%), 784 milyon dollarla ABŞ (artım - 29,9%) yer alıb.
Türkiyənin ən çox məhsul satdığı ölkələrin sırasında İsrail 10-cu sırada yer alıb və may ayında Türkiyə İsrailə 406 milyon dollar dəyərində məhsul satıb. Ötən ilin may ayı ilə müqayisədə Türkiyənin İsrailə satdığı məhsullarıln dəyəri 27,7% artıb.
Türkiyənin ən çox məhsul aldığı ölkə isə Rusiya olub. Bu ilin may ayında Türkiyə Rusiyadan 1,89 milyard dollarlıq məhsul idxal edib. Bu göstərici əvvəlki ilin may ayı ilə müqayisədə 9,1% çox olub.

DİGƏR XƏBƏRLƏR

Top