Mingəçevirdə zavodun yenidənqurmadan sonra açılışı olub


"Akkord Mingəçevir Maşınqayırma Zavodu" ASC-nin yenidənqurmadan sonra açılışı olub.

Bu münasibətlə açılış mərasimi təşkil edilib. Əvvəlcə zavodun həyətində Heydər Əliyevin büstünün açılışı olub və bütsün önünə tər çiçəklər düzülüb. Daha sonra zavodla tanışlıq olub. Tədbirdə iştirak edən Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov, "Akkord" MMC baş icraçı direktoru Razim Məmmədov, müəssisənin direktoru Eyvaz Həsənov, İqtisadiyyat nazirliyinin nümayəndələri işçilərlə görüşüb yenidənqurma, təmir tikinti, abadlıq və quruculuqdan sonra fəaliyyətə başlaması ilə bağlı hər kəsə uğurlar arzulayıblar.
Qeyd edək ki, Mingəçevir şəhərinin Kür çayının sağ sahilində yerləşən "Akkord Mingəçevir Maşınqayırma zavodu" Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən beynəlxalq standartlara uyğun genişmiqyaslı islahat tədbirləri sırasında iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin olunması əsas prioritet istiqamətlərdən biri olmuşdur. Zavod 1957 ci ildə yaradılıb və Mingəçevir SES-nin mexanikləşdirmə idarəsinin tərkibində fəaliyyət göstəib. Müxtəlif illərdə zavodun adı dəyişdirilib, 2018 ci ildə "Akkord İndustrial Company" MMC tərəfindən təsis edilmiş "Mingəçevir Maşınqayırma Zavodu" ASC-dir. Zavod əsasənmüxtəlif çeşidli  metal konstruksiyaların istehsalı ilə məşğuldur. Zavod müasir avadanlıqlarla təhciz edilmiş, sement və aqrar sektorun servis sahələri üçün müxtəlif metal konstruksiyalar, mülki tikinti işlərində habelə, yol və körpü tikintisi sahələrində istifadə edilən dəmir-beton məmulatları üçün metal qəliblər, avtonəqliyyat vasitələri, beton və asfalt zavodları üçün metal ehtiyyat hissələri və s. istehsal edəcək. Müəssisə istehsal ilə bərabər, peşəkar layihələndirmə və montaj işlərini də həyata keçirəcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top