Estoniya AŞPA-nın iclaslarında iştirak etməyəcək - Rusiyaya görə


Estoniyanın hökumət koalisiyası parlament nümayəndələrinin Avropa Şurası Parlament Assambleyasının sessiyasından geri çağırılması barədə təşəbbüs qaldırıb.

Bu barədə koalisiyada yer alan Mühafizəkar partiyası tərəfindən məlumat bildirilib.

Partiya Rusiyanın bütün hüquqlarla geri qaytarılmasını Avropanın aparıcı dövlətlərinin təzyiqi ilə baş tutduğunu hesab edir. Bundan başqa, Kremlin nə AŞPA-nın qərarlarına, nə də ümumiyyətlə beynəlxalq hüququn normalarına məhəl qoyduğu qeyd edilir.

Bununla Estoniya rəhbərliyi AŞPA nın öz “mənəvi avtoritetini” itirdiyini vurğlayıb.

Qeyd olunur ki, bundan daha öncə Estoniyadan başqa Gürcüstan, Latviya, Litva, Polşa, Slovakiya və Ukrayna nümayəndə heyətlərinin parlament sessiyalarını boykot edəcəkləri açıqlanmışdı. Lakin daha sonra Litva və Gürcüstan deputatları fikirlərini dəyişiblər və onlar yay iclaslarında iştiraklarına davam edəcəklərini bildiriblər.

Ukrayna nümayəndələri isə deputat Georgi Loqvinskinin sözlərinə görə, sırf şəxsi görüşlər və “izləyici olaraq” qalıblar.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top