Gürcüstanda AĞIR QƏZA - Ölən azərbaycanlıların sayı 4 nəfərə çatıb - FOTO - YENİLƏNİB​

Gürcüstanda baş verən yol qəzasında ölən azərbaycanlıların sayı dörd nəfərə çatıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, ötən gün səhər saatlarında qonşu Gürcüstan Respublikasında iki nəfər Azərbaycan vətəndaşının (Zaqatala rayon sakinləri) ölümü ilə nəticələnən hadisə zamanı ağır xəsarət alan 4 yaşlı oğlan və 3 yaşlı qız Tbilisi şəhərindəki xəstəxanada ölüblər.

Xəstəxanada ölən iki azyaşlı qəza zamanı hadisə yerində ölən, Zaqatala rayon sakini Yusif Dibirovun Rusiya Federasiyasında yaşayan nəvələridir. Yusif Dibirov qəza baş verən gün Rusiya Federasiyasından Zaqatalaya gəzməyə gələn gəlini və nəvələrini qarşılamaq üçün Tbilisiyə gedib. O, gəlini və nəvələri ilə Zaqatalaya qayıdan zaman Tbilisidən 40-50 km aralıda qəza baş verib.

***30 iyun, 17:25
Gürcüstanda baş verən ağır yol qəzasında ölən Azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, qəza zamanı “Mersedes”in sürücüsü Zaqatala rayon sakini, 1975-ci il təvəlllüdlü Aydın Xəliloiv və sərnişini Zaqatala rayon sakini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən 

xəsarətlərindən hadisə yerində ölüblər.

Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah sabah Zaqatalaya gətirilməsi nəzərdə tutulub.


***30 iyun, 12:20
Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib.

Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.

DİGƏR XƏBƏRLƏR

Top