Rayonlara leysan yağıb, şimşək çaxıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşayiət olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Yeniavaz.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün axşam saat 17.00 - 21.00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tərtər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.

Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

DİGƏR XƏBƏRLƏR

Top