Rusiya Azərbaycana yeni döyüş təyyarələri təklif edib

Rusiya Azərbaycana arzu etdiyi döyüş təyyarələrinin satışına hazırdır.

Bu bardə “Azəri Defencə”yə “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib: “Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana Su-30SM və MiQ-35 təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.

“Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş İl-76MD-90A hərbi nəqliyyat, Su-34 və Su-35 döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top