Deputatlar harada istirahət edəcəklərini AÇIQLADILAR


Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçirilib. Deputatlar isə iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Bəs deputatlar tətillərini harada keçirəcəklər? Millət Vəkilləri yay tətillərini harada keçirəcəkləri barədə Yeniavaz.com-a danışıblar.
Fəzail Ağamalı: “Xaricə getmək planım yoxdur. Gümanki mən yay tətilimi Azərbaycanda başa vuracam. Allaha şükür Azərbaycanın istirahət etmək hər cür şəraiti var. Dağı, dənizi, meşəsi, sərinliyi var. Azərbaycanın iqlimi kifayət qədər fərqlidir. Daha çox günəş vanası almaq istəyirsənsə Yevlağa, Kürdəmirə get. Dağ havası almaq istəyirsənsə Lerikə, Qusara getmək olar. Azərbaycan dənizinin də eyni şəkildə gözəl şəraiti var. Düzdü dənzikənarları biraz çox bahaçılıqdır. Ancaq gedib oteldə qalası deyilik ki, dənizdə istirahətimizi edib evimizə qayıdırıq. Yəni niyyətim Azərbaycanda istirahət etməkdir”.
Aqil Abbas: “Yay tətilimi Goranboy rayonunun Ağcakənd kəndində və Lerikdə keçirdirəm. Mən düzün deyəcəm inanmayacaqsınız. Ölkə xaricində yay tətili keçirtmək üçün pulum yoxdur. Ancaq pulum da olsa yay tətilini Azərbaycanda keçirdərəm. Son illər yay tətilində Azərbaycanda oluram. Ağcakənd və Lerik ən sevdiyim yerdir. Gedib nəvələrimlə yaya tətilimi orada istirahət edirəm”.
Asim Molazadə: “Mən Bakıda olacam. Adətən yay tətillərində Bakıda oluram”
Aydın Mirzəzadə: “Mən yay tətilimi Bakıda keçirdəcəm. Ola bilsin arada rayonlara getdim. Yay tətillərini Azərbaycanda keçirtmək xoşuma gəlir”.
Elman Nəsirov: “Bu yaxınlarda Şəkidə oldum və ora mənim çox xoşuma gəldi. Ola bilsin ki, yay tətilində beş-on gün Şəkiyə gedim. Ailəvi gedib Şəkidə dincəlmək istəyərdim. Hiss elədim ki, iqlimi, havası mənə düşür, təbiəti də gözəldir. Adətən yay tətillərimi  rayona gedib valideyinlərimin yaynında keçirdirəm”.
Fərəc Quliyev: “Yay tətilimi Azərbaycanda keçirdəcəm. İmkan olduqca doğluduğum Ordubad rayonuna gedirəm. Ancaq adətən Bakı və ətrafında oluram. Kənara çıxmıram. Ölkəmin rayonları, təbiəti başqa yerlərdən mənə daha cəlbedici görsənir”.

DİGƏR XƏBƏRLƏR

Top