Qubada evdə partlayış - Bir ailə xəstəxanalıq oldu


Quba rayonunda yaşayış evində partlayış olub.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Amsar kəndində baş verib.

Kənd sakini, 33 yaşlı İsa Nuriyevə məxsus evdə qaz balonunun partlaması nəticəsində ailə başçısı, onun həyat yoldaşı - 29 yaşlı İlahə Nuriyeva və övladları - dörd yaşlı Ömər və Zeynəb müxtəlif yanıq xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top