Rusiyada azərbaycanlını ödürən şəxs danışdı: Həyat yoldaşımı və qızımı gizlətməyəcəm - VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Nijnie Serqi şəhərində ticarətlə məşğul olan 49 yaşlı Ruhulla adlı azərbaycanlı 44 yaşlı yerli sakin Aleksandr ilə mübahisə edib və bundan sonra tərəflər arasında baş tutan dava zamanı azərbaycanlı ödürülüb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, dava zamanı xəsaratlar alan Aleksandr xəstəxanaya yerləşdirilib. Rusiya mətbuatı yazıb ki, Ruhullanın yaxınları onun qatilindən qisas almaq niyyətindədirlər. Nijnie Serqi şəhərinə Ruhullanın qohumları və dosları olduğu bildirilən onlarla şəxs gəlib. Şəhərdə növbəti qarşıdurmanın olacağından ehtiyat edən sakinlər küçələrə çıxmırlar. Yerli polisdən əlavə şəhərə xüsusi təyinatlı polis dəstələri də (OMON) gətirilib.
Məsələ ilə bağlı Rusiyanın aparıcı nəşrlərindən olan "Komsomolskaya Pravda” qəzetinin əməkdaşı Nijnie Serqi şəhərinə gedərək azərbaycanlılın qatili ilə görüşüb.
Ruhullanı ödürən 44 yaşlı Aleksandr keçmiş hərbçi olub. Aleksandr qəzetin əməkdaşına deyib ki, dava zamanı xəsarət alsa da, indi özünü yaxşı hiss edir. Azərbaycanlının qatili bildirib ki, yaxınları ona həyat yoldaşını və qızını şəhərdən çıxarmağı və gizlətməyi təklif etsələr də qəbul etməyib. Əlavə edib ki, biz şəhərdən qaçmağı düşünmürük.  
49 yaşlı azərbaycanlının ölüm anının videosunu təqdim edirik:

 
 
 

DİGƏR XƏBƏRLƏR

Top