Azərbaycanda ilk dəfə: Qəbələ və Qubaya 1 günlük helikopter turları -YMƏTLƏR


Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərindən biri Bakıdan Qəbələ və Quba rayonlarına helikopterlə səfərlər təşkil edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat şirkətin sosial şəbəkə hesabında paylaşılıb.
Məlumatda bildirilir ki, tur müddəti 5 saat 25 dəqiqə olacaq. Bunun 1 saat 25 dəqiqəsi havada - helikopterdə gəzinti olacaq. Qəbələ və Qubada səfər iştirakçılarına günorta yeməyi (assorti kabablar, müxtəlif növ salatlar, qarnirlər və soklar, sular, kompotlar) təklif olunacaq.
Məlumatda həmçinin bildirilir ki, sifarişlər 10 gün əvvəldən edilməlidir. 12 nəfərlik " Agusta Westland AW-139" helikopterində baş tutacaq  turlarda 1 nəfər üçün qiymət 1100 manat təşkil edir. İstəkdən asılı olaraq proqramda və yemək çeşidlərində dəyişilkik edilə bilər. Qiymət isə yaşından asılı olmayaraq hər kəs üçün eynidir.

 
 

DİGƏR XƏBƏRLƏR

Top