Yaponiyada belə xəstələrin yaxınlarına təzminat ödənəcək


Yaponiya hökuməti, təcrid siyasətinə məruz qoyaraq, ailə bağlarını zədələyən cüzam xəstələrinin yaxınlarına 370 milyon yen(5 milyon 9 yüz min AZN) təzminat ödəyəcək. Yeniavaz.com xəbər verir ki, 1996-cı ilə qədər qarşısı alınmayan təcrid siyasətindən əziyyət çəkən cüzam xəstələrinin qohumları və yaxınları təhsil, iş və şəxsi həyatlarında ayrıseçkilik və təzyiqlərə məruz qaldıqları üçün hər biri maddi və mənəvi 5.5 milyon yen(90 min AZN) təzminat tələb edirlər. Qeyd edək ki, Yaponiyada 12 mindən çox cüzam xəstəsi ölkə ərazisində olan 14 təcrid mərkəzində saxlanılıb. Bu gün isə 1500-ə qədər xəstə bu mərkəzlərdə qalır.

DİGƏR XƏBƏRLƏR

Top