Boksçumuz Avropa Oyunlarının finalına yüksəlib


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 81 kq çəki dərəcəsində yarımfinal mərhələsi başa çatıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, italiyalı Simone Fiorini məğlub edən Azərbaycan təmsilçisi Alfonso Dominqesin rəqibi ikinci yarımfinalda müəyyənləşib.

Böyük britaniyalı Bencamin Vittaker ermənistanlı Qor Nersesyan üzərində 5:0 hesablı qələbə qazanaraq finala yüksəlib. O, A.Dominqesə rəqib olub. 

Qeyd edək ki, sabah “Ureçye Arena”da keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 18:55-də başlayacaq. 

DİGƏR XƏBƏRLƏR

Top