Yasamalda bir gündə iki "avtoş" tutuldu - məhkəmə birini buraxdı - VİDEO


Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən iki sürücünü saxlayıblar.

Yeniavaz.com avtosfer.az-a istinadən xəbər verir ki, 85 BV 005 dövlət nömrə nişanlı, "JEEP Grand Cherokee" markalı avtomobil ilə Yasamal rayonu Salamzadə küçəsində avtoxuliqanlıq edən İsmayıl Məmmədəli oğlu İsmayılbəyli barəsində 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə tətbiq olunub.

Eyni zamanda 99 LG 392 dövlət nömrə nişanlı, "Renault Megane" markalı avtomobil ilə əhalinin dincliyini pozaraq avtoxuliqanlıq edən sürücü Aydın Fikrət oğlu Salayev məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Lakin Yasamal rayon DYPŞ bu qərardan apeliyasiya sikayəti verib.

Qayda pozuntularının videosunu təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top