Nazir şöbə müdirini işdən çıxardı - Yeni təyinat


Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov işdən çıxıb. 

Yeniavaz.com report-a istinadən xəbər verir ki, onu Esmira Lətifova əvəz edib.

Yeni şöbə müdiri uzun müddətdir ki, nazirlikdə çalışır. O, Kanadada magistr dərəcəsi alıb, heyvandarlıq sahəsində İsrail, Niderland və digər Avropa ölkələrindən beynəlxalq seminarlarda və təlimlərdə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top