Qazax sakinin anası Prezidentə təşəkkür etdi


Girovluqdan azad olunan Elvin İbrahimovun anası prezidentə təşəkkür etdi.

Yeniavaz.com baku.ws istinadən xəbər verir ki, bu gün girovluqdan azad olunan Qazax rayon Yuxarı Salahlı kənd sakini Elvin İbrahimovun anası Qərənfil İbrahimova prezident İlham Əliyevə təşəkkür edib.

“Oğlumu təxminən iki saat öncə mənlə görüşdürdülər.

Çox xoşbəxtəm bu gün. Sağ-salamat övladım geri döndü. Şükürlər olsun həkimlərimiz də baxdı həyatı üçün heç bir təhlükə yoxdur.

Övladımı əsirlikdən azad edilməsində əməyi keçən hər kəsə, başda cənab prezident İlham Əliyev olmaqla hər kəsə öz təşəkkürümü bildirirəm”.

Bidirək ki, Elvin İbrahimov 2019 cu ilin mart ayının 16-da erməni silahlıları tərəfindən əsir götürülmüşdü. 

DİGƏR XƏBƏRLƏR

Top