Xaçmazda iki uşaq atası özünü öldürüb - BORCU VAR İMİŞ

Xaçmazda intihar hadisəsi baş verib. 

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Ağyazıbuduq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Musayev Heydər Musa oğlu özünü gilas ağacından asıb. H.Musayev iki uşaq atası olub.

Xaçmaz rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxsin bir neçə nəfərə borcu olub. Ehtimal olunur ki, o, bundan depressiyaya düşüb və özünü öldürüb.

Yaxınlarının istintaqa verdiyi ifadəyə görə, onlar intihardan əvvəl çay süfrəsi arxasında əyləşərək, zarafatlaşıblar. Onlar Musayevdə hər hansı qəribə hərəkət müşahidə etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top