Bakı, Tbilisi və İrəvandan Parisə avia-biletin QİYMƏTİ - İki dəfə fərq var

Fransanın və dünyanın aparıcı avia-şirkətlərindən olan "Air France" şirkəti eyni regionda yerləşmələrinə baxmayaraq Azərbaycan, Gürcüstan və Ermənistandan Fransaya fərqli qiymətə uçuşlar təşkil edir.
Yeniavaz.com xəbər verir ki, 7-8 iyul tarixlərində "Air France" şirkətinin Bakı, Tbilisi və İrəvandan Paris şəhərinə təşkil edəcəyə uçuşların qiymətləri arasında kəskin fərq var.
7 iyul tarixində "Air France"ın Bakıdan Parisə uçacaq təyəyyarəsinə ən ucuz biletin qiyməti 416 dollara bərabərdir.
Eyni tarixdə "Air France"ın İrəvandan Parisə uçacaq təyəyyarəsinə ən ucuz biletin qiyməti 398 dollar, bir gün sonra "Air France"ın Tbilisindən Parisə uçacaq təyəyyarəsinə isə ən ucuz biletin qiyməti 218 dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top