Çin məhkəmələrində "süni intellektli hakim"dən istifadə edilir


Çində məhkəmə proseslərinə kömək etmək üçün "süni intellektli hakim" sistemi qurulub.
Yeniavaz.com xəbər verir ki, "süni intellektli hakim", məhkəmə müraciətlərinə baxılması və hakimlərə kömək etmək məqsədi ilə yaradılıb. Yeni sistemdən Çinin Paytaxtı Pekin şəhərində İnternet məhkəmələrində istifadə edilir.
"Süni intellektli hakim" hələ ki, adi hüquqi proseslərdə, vətəndaşların internetlə bağlı müraciətlərində istifadə edilməyə başlayıb. Çinin Ədliyyə Nazirliyi gələcəkdə bütün məhkəmə sistemində "süni intellektli hakim"in olacağı barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top