Zelenski Putinə müraciət etdi


Ukraynanın prezidenti Vladimir Zelenski həmkarı Vladimir Putinə Rusiyada tutulan ukraynalı dənizçiləri azad etməsi üçün müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNİAN nəşrinin “Facebook” səhifəsində məlumat verilib.
V. Zelenski dənizçilərin qaytarılması üçün hər şeyi etməyə hazır olduğunu bildirib: “Hər birimizin övladları var. Uşaqları valideyinlərinə qaytarın. Ukraynalı dənizçilərin Rusiyadan çıxarılması üçün hər şeyi etməyə hazıram”.
Qeyd edək ki, hazırda Rusiyada 24 Ukraynalı əsgərin (22 dənizçi, 2 Ukrayna Təhlükəsizlik Xidmətinin zabiti) istintaqı davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Top