Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya ərazisində anti-terror əməliyyatı həyata keçirən bölüyü hücuma məruz qalıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində məlumat verilib.
Məlumata əsasən, TSK-nın İdlibdəki 10 saylı müşahidə məntəqəsi Suriya hakimiyyətinin nəzarət etdiyi bölgələrdən top atəşinə tutulub.
Yerli KİV-lərin məlumatına görə, atəş nəticəsində Türkiyə ordusunun bir hərbçisi şəhid olub, üçü xəsarət alıb //AzərTac