Mingəçevirdə həkimlə mübahisə edən kişi özünü yandırdı - YENİLƏNİB

Mingəçevir Xəstəxanasının qarşısında özünü yandıran kişi həkimlə dartışıb.

Yeniavaz.com-un bölgə müxbirinin veridiyi məluamata görə, hadisə gecə saatlarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən orta yaşlı ata özünü yandırmasının səbəbi Elxan adlı həkimlə və xəstəxananın mühafizəçiləri ilə dartışması səbəbindən baş verib. Münaqişə zamanı hadisə yerinə polisdə gəlib. Hazırda faktla bağlı araşdırma aparılır.


***02:00
Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Bildirilir ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top