Merkeli yenə titrəməmə tutdu - VİDEO


Daha öncə Ukrayna Prezidenti Zelenski ilə görüşdə özündən asılı olmayaraq titrəyən Almaniya Kansleri Angela Merkel eyni hadisəni yenidən yaşayıb.

Yeniavaz.com xəbər verir ki, A.Merkel Almaniya prezidenti Ştaynmayer ilə birlikdə iştirak etdiyi tədbirdə birdən titrəməyə başlayıb. Tədbir iştirakçılarının diqqətini üzərinə çəkən Merkel titrədiyini bildirməmək üçün müxtəlif hərəkətlər edib. Qısa bir müdətdən sonra Kanslerin yanında olan adamlar ona su verib. O, suyu içdikdən sonra özünə gəlib. Merkelin sözçüsü vəziyyətinin yaxşı olduğunu və Ədliyyə Nazirinin andiçmə mərasiminə qatılacağını bildirib. O, əlavə edib ki, andiçmə mərasimindən sonra Merkel Yaponiyadakı G-20 Zirvə toplantısında iştirak etmək üçün təyyarə ilə Osaka şəhərinə səfər edəcək.
Qeyd edək ki, A.Merkel Zelenski ilə görüşdə titrəməsindən sonra “Susuz qaldığı üçün naraht idi indi yaxşıdır” açıqlaması edilmişdir.

DİGƏR XƏBƏRLƏR

Top