Hindistanda müsəlman gənci döyərək öldürdülər


Hindistanın qərbində yerləşən Carkhand əyalətində hindular tərəfindən oğurluqda günahlandırılan müsəlman gənc işgəncələrə məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, motosikilet oğurladığı deyilən 24 yaşındakı Tabrez Ənsari, hindulardan ibarət qruplaşma tərəfindən elektrik dirəyinə bağlanaraq 12 saat döyülüb. Polisin işə müdaxiləsindən sonra qruplaşmanın əlindən xilas edilən Ensari 4 gün xəstəxanada qalmağına baxmayaraq həyatını itirib. Hadisə ilə əlaqədar Carkhand polisi 11 nəfəri həbs edib. Hindistan gündəmini zəbt edən bu hadisəyə ölkənin Baş naziri Narendra Modi də biganə qalmayıb.

DİGƏR XƏBƏRLƏR

Top