Goranboyda yandırılan ocaq internet və telefon xətlərini yarasız hala salıb


Goranboy rayonunun Boluslu kəndində rabitə xəttinin altında yandırılan ocaq internet və telefon xətlərini yarasız hala salıb. Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində kənd sakinlərindən bəzilərinin telefon və internet xidmətinin istifadəsində fasilələr yaranıb. Yaranmış vəziyyətlə bağlı Məşədi Qaralar kənd Telefon Stansiyasından bildirilib ki, rabitə xəttinin bərpası üçün işlər aparılır. Qəzanın nəticələrinin tam olaraq iki gün ərzində aradan qaldırılması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top