ABŞ İranı məhv edə bilməz - Zərifdən Trampa cavab


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Donald Trampın İranı hədələməsinə cavab verib.

Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Zərif ABŞ-ın İranı məhv etmə potensialının olmadığını bildirib.

O bu sözləri D. Trampın "İranı məhv edərik" ifadələrinə cavab olaraq söyləyib.

Zərif qeyd edib ki, ABŞ əgəri qadağan olunmuş silahlardan(kütləvi qırğın silahları) istifadə etməsə, İranı məhv edə bilməz.

Nazir həmçinin İranın bütün hücumlara hər an hazır olduğunu bildirib: "Bütün hallarda biz müharibə istəmirik. D. Tramp hücum təhdidlərinin BMT-nin müqaviləsinə zidd olduğunu və XVIII əsrdə yaşamadığımızı dərk etməlidir".

ABŞ-ın son həftələrdə  etdiklərinin provokasiya olduğunu qeyd edən Zərif, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə tətbiq edilən ambarqoları isə bütün İran xalqına təhqir saydıqlarını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top