Uyğur əsilli məmur BMT-nin iclasında Çinin uyğurları saxladığı düşərgələri təriflədi


Çin hökumətinin Sincan rəhbərinə müavin təyin etdiyi uyğur əsilli Erkin Tuniyaz uyğur türlərini qəzəbləndirib.
Yenivaz.com xəbər verir ki, o Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsinin 41-ci forumunda Çində uyğurların işgəncələrə məruz qaldığı toplanma düşərgələrini tərifləyib.
E. Tuniyaz iyulun 12-dək davam edəcək forumda çıxış edərkən Çinin bu üsulla uyğurları qoruduğunu bildirib: "Qanunlar çərçivəsində peşə tədrisi mərkəzləri yaradaraq onları dini radikallıqdan və törədə biləcəkləri cinayətlərdən qorumağa çalışırıq. Bu onların terrorizmə qurban getmələrinə mane olacaq".
Uyğur əsilli Çin Kommunist Partiyasının üzvü, rəsmi Pekinin bu üsulla Sincanda terrorizmi və dini radikallığı diqqətə çarpacaq dərəcədə azaltdığını da qeyd edib.
Mühafizəkar uyğurları narkomanlara bənzədən E. Tuniyaz, dindarların Sincanda qarşıdurma yaradan çıxışlar etdiyini və beləliklə insanları qanunları pozmağa cəlb etdiyini deyib.
Erkin Tuniyaz çıxış edərəkən təhlükəsizlik tədbirləri gücləndirilib və onlarla çinli diplomat ona dəstək olub.
Avropalı diplomatlar isə Çinin qınanmamaq üçün ilk gündən belə bir addım atdığını bildiriblər.
Cenevrədə sürgün həyatı yaşayan Dünya Uyğur Komitəsinin rəhbəri İsa Dolkun isə, həmin saatlarda BMT-ə aid binanın önündə etiraz aksiyası keçirib. O bildirib ki, E. Tuniyaz Çin hökumətinin adamıdır və uyğurları təmsil edə bilməz. O həmçinin E. Tuniyazı həqiqətləri gizləməkdə günahlandırıb.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin hökuməti Şərqi Türküstanda inşa etdirdiyi 200-dən çox toplanma düşərgələrində təxminən 3 milyon uyğur türkünü və digər müsəlman azlıqları zorla saxlayır.
Uyğur diasporası isə həmin ərazidə uyğurlara qarşı assimiliyasiya və soyqrım törədildiyini iddia edir.
Başda ABŞ, AB, Beynəlxalq Əfv Təşkilatı və İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı olmaqla bir çox beynəlxalq təşkilat Çin hökumətindən həmin düşərgələrdəki uyğurları dərhal buraxmasını tələb etsə də, Çin Kommunist Partiyası həmin düşərgələrin peşə tədris mərkəzləri olduğunu iddia edir.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top