Türkiyədə qeyri-qanuni miqrantları daşıyan avtomobil aşdı – 10 ölü, 30 yaralı


Türkiyənin Ədirnə bölgəsində qeyri-qanuni miqrantları daşıyan avtomobilin aşması nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Ədirnən Meriç mahalında baş verib. Ədirnə valisi Əkrəm Canalp da hadisə yerinə gedib.
Valilikdən edilən açıqlamaya görə, şübhəli bilinən avtomobilə saxlanılma əmri verilsə də, sürücü avtomobili saxlamayıb: “Sürəti daha da artıran sürücü ən sonda idarəetməni itirərək avtomobili divara çırpıb. Nəticədə 10 nəfər ölüb, 30 nəfər yaralanıb”.

DİGƏR XƏBƏRLƏR

Top