“Ciyər axşamı”ndan qayıdırdı traktorun altında qaldı

Bu gün axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndində baş verən daha bir yol-nəqliyyat hadisəsi bu dəfə ölümlə nəticələnib.

Traktorun kabinəsində “ciyər axşamı”ndan qayıdan Qarabağlı kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Elxan oğlu Əliyev ehtiyatsızlıqdan yıxılaraq təkərlərin altına düşüb.

Bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alan O.Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. //Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top