6 yaşlı uşağın üstündən keçən "KaMAZ"ın sərxoş sürücüsü saxlanılıb - FOTO - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhərində azyaşlını avtomobillə vuran sürücü saxlanılıb.

Müşfiq İsgəndərov idarə etdiyi "KaMAZ" markalı yük maşını ilə 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlunu vurduqdan sonra ərazidən yayınmışdı.

Məlum olub ki, M.İsgəndərov idarə etdiyi avtomobillə azyaşlının üstündən keçdikdən sonra Ceyranbatan qəsəbəsinə gedib. Polis tərəfindən saxlanılan sürücü Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb və onun sərxoş olduğu üzə çıxıb. Sürücünün APA-ya verdiyi məlumata görə, uşağı avtomobillə vurduğunu hiss etmədiyindən hərəkətinə davam edib.

Hazırda faktla bağlı istintaq araşdırmaları aparılır.

20.26

Xırdalanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu gün saat 19 radələrində baş verən hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Küçə ilə hərəkət edən “KAMAZ” markalı yük avtomobili qəfil yola çıxan 6 yaşlı uşağı vurub, daha sonra üstündən keçib. Uşaq hadisə yerində ölüb.

Sürücü hadisə yerindən qaçıb. Hazırda sürücünün axtarışları aparılır.

DİGƏR XƏBƏRLƏR

Top