Türkiyədə hərbi xidmətin müddəti endirilib

Türkiyədə "Hərbi xidmət haqqında" qanuna 92 ildən sonra dəyişikliklər edilib.

Dəyişikliklər Türkiyə Böyük Millət Məclisində qəbul olunub. Bu gün TBMM-də qəbul edilən qanun layihəsi təsdiq olunmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib. 

Türkiyədə 1927-ci ildə qəbul ediləln "Hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklər arasında ödənişli hərbi xidmətin müddətli olması, əsgərlik müddətinin 6 aya endirilməsi, eyni zamanda 130 min əsgərin erkən tərxis olunması da yer alıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top