2017-ci ildə Meksikada baş verən zəlzələdə göstərdiyi şüacətlə məşhurlaşan xilasetmə iti Frida 9 illik vəzifəsi sona çatdığı üçün təqaüdə çıxıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meksika Donanmasının xilasetmə itləri bölüyündə "Golden Labrador" cinsindən olan Frida üçün vida mərasimi keçirilib.
Frida indiyə kimi Meksika, Haiti, Qvatemala və Ekvatorda 53 xilasetmə əməliyyatında iştirak edib.
Donanmadan verilən məlumata görə o indiyə kimi 12 nəfərin həyatını xilas edib, 40 nəfərin isə meyitini tapıb.
Fridanın təqaüdə çıxdıqdan sonra nə edəcəyi hələ ki bəlli deyil. Ancaq onun özü kimi itlərin yetişdirilməsinə kömək edəcəyi ehtimal olunur.