Popkorn sağlamlığa zərərlidirmi?


İnsanlar arasında belə bir deyim var: “Zərərli olan hər şey dadlı, faydalı olan hər şey isə dadsızdır”. Amma bu hər zaman belə olmur. Belə qidalardan popkornu düşünün. Daha çox filmə baxarkən yeyilən popkorn dənəciklərinin bir çox insan zərərli olduğunu düşünür. Əslində isə bu belə deyil. Mütəxəssislərin fikrincə, popkornun zərərli olması onu necə istehlak etməyinizdən asılır.
 
Yeniavaz.com popkornun faydalarını təqdim edir:
Bir ovuc yəni, təxminən 20 qram popkornun tərkibində
 
- Kalori: 35
- Protein: 1 qr
- Yağ: 0.4 qr
- Karbohidrat: 6 qr
- Lif: 1 qr
- Sodium: 1 mlq
- Şəkər: 0.07 qr var.
 
Tərkibindən də göründüyü kimi popkornda düşünüldüyü qədər çox kalori və yağ yoxdur. Buna görə də mütəxəssislər popkornun insan sağlamlığına zərərli olmadığını deyirlər.
 
Bəs nə qədər popkorn yesək sağlamlığa zərərli olar?
 
Qeyd etdiyimiz bu tərkib yağsız və duzsuz halda hazırlanan popkorundur. İstər evdə bişirilən zaman, istərsə də kənardan aldığımız zaman bu belə olmur. Mütləq popkorn dənəciklərini dadlandırmaq üçün ona müxtəlif ədviyyatlar əlavə edilir. Bu zaman isə normadan artıq istehlak edildiyində orqanizmə zərərli olur. Buna görə də, dünyaca məşhur qidalanma mütəxəssisi Ebiy Langer deyir ki, popkornla bağlı əsas məsələ onu həddindən artıq çox yeməkdir: “Xüsusilə yağ və duz əlavə edilmiş halını yesəniz bu zaman normadan artıq kalori qəbul etmiş olacaqsız. Ən yaxşı variant popkornları evdə yağsız və duzsuz hazırlamaqdır”.
 
Bundan əlavə 1 pors popkornun tərkibində 300 ml qram polifenol adlı antioksidant var. Bu da meyvə və tərəvəzlərdə olan antioksidantlardan daha çoxdur.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top