Azərbaycanlıları evində qul kimi işlədən erməni general məhkəməyə "əlil arabası"nda gətirildi - VİDEO


2018-ci ilin iyun ayında Ermənistanda qeyri-qanuni silah saxlamaq və korrupsiya ittihamı ilə həbs olunan general  Manvel Qriqoryan məhkəməyə təcili yardım avtomobilində gətirilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Manvel Qriqoryan məhkəmə zalına "əlil arabası"nda daxil olub.
Məlumat üçün bildirək ki, Manvel Qriqoryan Qarabağ müharibəsi zamanə azərbaycanlılara qarşı törətdyi vəhşiliklərilə məşhur olub. 2014-cü ilin noyabrında Azadlıq Radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Manvel Qriqoryan Qarabağ müharibəsində yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini bildirib.
Qriqoryan həbs olunduqdan sonra məlum olub ki, bu şəxs təkcə azərbaycanlılara qarşı deyil, öz millətindən olan ermənilərə qarşı da bir-sıra cinayətlər edib. Məlum olub ki, Qriqoryan erməni iş adamlarını pul vermədikləri üçün girov saxlayaraq onlara işgəncələr verib.
Onuda bildirək ki, Qriqoryanla bərabər onun həyat yoldaşı Nazik Amiryan da həbs olunub. Nazik Amiryan da əri Manvel kimi Qarabağ müharibəsinin iştirakçısıdır və o da azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınıb. Nazik Amiryan hətta 1990-cı ildə etdiyi əməllərə görə Azərbaycan polisi tərəfindən həbs olunub və Şuşa həbsxanasında saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top