İtaliyalı mafiya başçısı saxlanıldığı həbsxanadan qaçıb


İtaliyanın "Ndrangheta" mafiyasının başçısı Rokko Morabito Uruqvayda saxlanıldığı həbsxanadan qaçıb.
Yeniavaz.com xəbər verir ki, Uruqvay  Daxili İşlər Nazirliyinin verdiyi məlumatda Morabito ilə birlikdə 3 məhbusun da həbsxanadan qaçdığı bildirilib.
Qeyd edək ki, 1994-cü ildən İtaliya tərəfindən beynəlxalq axtarışda olan Morabito 2017-ci ildə Uruqvayın paytaxtı Montevideoda qaldığı oteldə həbs edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top