AMOR-un yaranmasının 10 illiyi qeyd olunub - FOTO

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yaranmasının 10 illiyi qeyd olunub. Təşkilatın yaranmasının 10 illiyi münasibəti ilə M.V. Lomonosv Adına Moskva Dövlət Universitetinin "Botanika bağı"nda Azərbaycan Mədəniyyət günü təşkil olunub.


Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyeva iştirak edib. O, Azərbaycan Mədəniyyət Gününü
açılışnda çıxış edərək tədbir iştirakçılarının AMOR-un yaranmasının 10 illik yubileyi münasibəti ilə təbrik edib: "Bu günki tədbirin təbiət qoynunda, dünyanın ən gözəl bağlarından birində - MDU-nun Botanika bağında keçirilməsi möhtəşəmdir. Sevgi dünyanı bəzəyir, onu xeyirxah, ədalətli və başlıcası həqiqi edir. Ona görə də, mənə Rusiya Azərbaycanlı Gənclər Birliyinin, AMOR-un sevgi mənasını verməsi xüsusi ilə xoşdur. Bu, o deməkdir ki, biz hər zaman belə işıqlı, mehriban və güclü olacağıq".

Təşkilatın layihələrindən söz açan Leyla Əliyeva AMOR-un 10 il ərzində böyük işlər gördüyünü söyləyib. O, təşkilatın Rusiya  Federasiyasının 49 regionunda olan 55 nümayəndəliyinin 2500-dən çox istedadlı azərbaycanlı gəncləri ətrafında birləşdirdiyini
vurğulayıb. L. Əliyeva AMOR-un layihələrindən danışıb.
 

AMOR sədri Azərbaycan və Rusiyanı ümumi tarix, mədəniyyət, eləcə də xalqlar arasındakı ənənəvi dostluğun birləşdirdiyini söyləyib: "Azərbaycanda böyük rus mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və poeziyasına böyü sevgi ilə yanaşırlar. Çox sevindirici faktdır ki, bizim gənclər Rusiya cəmiyyətinə inteqrasiya edir və eyni zamanda ənənəvi köklərini qoruyur. AMOR-un əsas vəzifəsi xeyirxah və faydalı işlər görməkdir. Biz uzun illərdir ki, "Qanın milliyyəti yoxdur" kimi aksiya keçiririk, Rusiya ali məktəblərində təhsil alan əlaçı tələbələri dəstəkləyirik, Rusiyanın professional müsabiqələrində iştirak edirik, "Nə, Harada nə vaxt?" kimi məşhur intellektual oyunlar keçiririk. Eləcə də uşaq evlərini, qocalar evlərini ziyarət edir, ehtiyacı olanlara yardım əlimzi uzadırıq".

Leyla Əliyevanın sözlərinə görə, bəşəriyyətin gələcəyi bir sıra ekoloji problemlərin həllindən asılıdır: "Təbiət artıq çoxdandır ki,  bizə  bizim medafiəmizə ehtiyacı olduğu barədə siqnal verir. Yer kürəsi bizim ümumi evimizdir, ona  görə  də  planetimizin  qorunması  vəzifəsini birlikdə həll etməliyik. Bugünki gündə İDEA Azərbaycanda 5 milyondan çox ağac əkib. Ümid edirəm ki, AMOR
üzvləri də ağacəkmə askiyası keçirəcəklər".

L.Əliyeva AMOR-un qapılarının milliyyətindən, inancından və yaşından asılı olmayaraq hər kəsin üzünə açıq olduğunu
vurğulayıb: "AMOR-un qapları xeyirxah iş görmək arzusunda hər kəs üçün açıqdır. Arzu edirəm ki, biz hər zaman bir-briimizin
əlindən tutaq və dostluğumuzu genişləndirək. Allah ölkələrimizə uğurlar və çiçəklənmə nəsib etsin".
Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi isə çıxışında AMOR-un 10 illik yubileyinin MDU-nun Botanika bağında
keçirilməsinin vacibliyindən danışıb. Rektor MDU-nun Bakı filialının açılmasına etdiyi köməyə görə Azərbaycan prezidentinə
təşəkkürünü bildirib. O, AMOR-un qarşısına çox alicənab tapşırıqlar və məqsədlər qoyduğunu söyləyib: "Çox istərdim ki,
xeyirxahlıq, gözəllik adına çalışan, ekologiyanı xilas edən təşkilatlar çox olsun".

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan yeni nəsil azərbaycanlıların bu nəhəng ölkənin vətəndaşı kimi özlərini hiss etməsi, inkişaf etməsinin çox vacib olduğunu söyləyib: "Leyla xanım gənclərin hansı priorotetlərlə yaşamalı olduğunu çox düzgün müəyyən etdi. Arzu edirəm ki, AMOR gələcəkdə də Leyla Əliyevanın rəhbərliyi altında fəal işləsin".

BMT-nin ətraf mühit üzrə xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov çıxışında bir müddət əvvəl baş tutan Bakı səfərindən danışıb. O, səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ekologiya barədə çox söhbət etdiyini söyləyib. Mən, BMT-nin ətraf mühit üzrə səfiri kimi deyə bilərəm ki, gənclər hamımızı gələcək barədə düşünməyə vadar edəcək. Leyla Əliyeva dedi ki, yer kürəsi bizim ümumi evimizdir. Leylaya təşəkkürümü bildiririəm ki, o, həyatın mənasını anlayır. AMOR-un 10 il ərzində gördüyü işlər digərləri üçün nümunədir".

Daha sonra Azərbaycan Mədəniyyət günü çərçivəsində AMOR fəallarının müküfatlandırma mərasimi keçirilib. AMOR sədri Leyla Əliyeva "AMOR-un ən fəal könüllüsü", "AMOR-un ən uğurlu idmançısı", "Ən uğurlu tələbəsi", "Ən fəal regional bölməsi" nominasiyaları üzrə mükafatları təqdim edib.

Mədəniyyət Günü çərçivəsində master-klasslar, sərgilər təşkil olunub. Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

AMOR-un 10 illik yubiley tədbiri açıq səma altında musiqi proqramı ilə başa çatıb. Musiqi proqramında "Qolos" layihəsinin finalçılsı Emil Qədirov, "Qolos deti" layihəsinin finalçısı Azər Nəsimobov və "Qarabağ" rəqs ansamblı müsiqi nömrələri ilə çıxış ediblər.//APA



DİGƏR XƏBƏRLƏR

Top