Əvvəl avtomobil yandı, sonra taxıl sahəsi

Tovuz rayonunda hərəkətdə olarkən qəfildən alovlanan "VAZ-2106" markalı minik avtomobili FHN-in Tovuz rayon Yanğında mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Avtomobil yanarkən alov ətrafdakı biçilmiş taxıl sahəsinə də keçib. Yanğının qarşısı alınıb.

Qeyd edək ki, yanan avtomobil Mülkülü kənd sakini Əsgərov Zöhrab Mehdi oğluna məxsusdur. APA

DİGƏR XƏBƏRLƏR

Top