Putin orduya "döyüş hazırlığı" əmrini verdi


Rusiya prezidenti Vladimir Putin, Ali Baş Komandan rütbəsindən istifadə edərək orduya "döyüş hazırlığı" əmrini verib.
Yeniavaz.com "CNNTürk"ə istinadla xəbər verir ki,  ölkənin müdafiə naziri Sergey Şoyqu bu gün səhər mətbuat konfransı keçirib və ordunun döyüş hazırlığına keçdiyini bildirib.
S.Şoyqu bu əmri Putinin verdiyini, hal-hazırda Rusiya ordusunun ölkədəki və Mərkəzi Asiyadakı birləşmələrinin, həmçinin hava və dəniz qüvvələri də daxil olmaqla bütün növ hərbi orqanların hər an müharibəyə hazır olduqlarını bildirib.
Şoyqu bu vəziyyətin 24-28 iyun tarixləri arasında davam edəcəyini və bu müddətdə rus ordusunun ağır təlimlər keçirəcəyini bildirib. O həmçinin təlimlərdən təsirlənəbiləcək bütün xarici dövlətlərə xəbərdarlıq edildiyini diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top