Mingəçevirdə oğul anasına 14 bıçaq zərbəsi vurub


Mingəçevirdə oğul anasını bıçaqlayıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 10/1 ünvanında baş verib.17 yaşlı şəhər sakini Tehran Mustafayev anası  1976-cı il təvəllüdlü Vüsalə Mustafayevaya 14 bıçaq zərbəsi vurub. Mingəçevir Xəstəxanasından verilən məlumata görə yaralının vəziyyəti çox ağırdır.
 Mingəçevir polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəhər sakini M. Tehran saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top