Rusiyaya ən çox hansı millətlər köçür - SİYAHI


Ötən il Rusiyaya gələn hər 4 miqrantdan 1-i Ukrayna vətəndaşı olub.
Yeniavaz.com Rusiyanın Maliyyə Araşdırmaları üzrə Milli Agentliyinə (NAFİ) istinadən bildirir ki, 2018-ci ildə Rusiyaya gələn miqranların 24%-i Ukrayna vətəndaşları olub. 2017-ci illə müqayisədə Ukraynadan gələn miqrantların sayı 8,3% azalıb.
Rusiyaya gələn miqrantların arasında 72,1 min nəfərlə Qazaxıstan vətəndaşları ikinci sırada yer alıb. Üçüncü sırada 67,9 min nəfərlə Tacikistan, dördüncü sırada 55,3 min nəfərlə Özbəkistan, beşinci sırada isə 48,4 min nəfərlə Ermənistan vətəndaşları qərarlaşıb.
 

DİGƏR XƏBƏRLƏR

Top