Rusiyada uşaq düşərgəsində kütləvi zəhərlənmə olub


Rusiyada uşaqların yay düşərgəsində kütləvi zəhərlənmə baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, zəhərlənmə Rusiyanın Krosnayarsk şəhərindəki "Sosnovy Bor" yay düşərgəsində baş verib. Bildirilir ki, düşərgədə ki, 12 uşaqda kəskin bağırsaq infeksiyası aşkarlanıb.
Verilən məlumatlara görə, hadisənin baş vermə səbəbi antisanitariya normalarına riayət edilməməsi olub. Düşərgədə epidemiyaya qarşı tədbirlər davam etdirilir.
Qeyd edək ki, bundan öncə keyfiyyətsiz qidalara görə bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş vermişdi. Nəticədə 127 uşaq zəhərlənmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top