QAC-dan evi yananlara ilk yardım gəldi - FOTOLAR

Bakıdan çadır, adyal, mətbəx dəsti, yataq süngəri və kisəsi göndərilib
Xəbər verdiyimiz kimi, iyunun 21-də Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı 3 saylı qəsəbədə yanğın qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, yanğınsöndürən briqada alovun qarşısını ala bilsə də, 3 yaşayış evi əşyaları ilə birlikdə yanaraq kül olub. 2 mənzilin isə müəyyən hissələri yanıb. Yanğın zamanı bir neçə insan tüstüdən zərər çəkib. Təcili tibb yardım briqadası onlara hadisə yerində ilkin yardım göstərib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müraciəti əsasında iyunun 23-də Qızıl Aypara Cəmiyyəti(QAC) yanğından zərərçəkənlərə yardım göstərib. QAC Mingəçevir şəhər şöbəsinin əməkdaşı Dilguşə Ahəngarinin qəzetimizə verdiyi məlumata görə, Bakıdan 2 ailə üçün 1995 manat 68 qəpik dəyərində çadır, adyal, mətbəx dəsti, yataq süngəri və kisəsi göndərilib və QAC-ın yerli əməkdaşları tərəfindən məcburi köçkünlərə çatdırılması təmin olunub.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top