Hamı bu uşaqdan danışırdı, şirkət televizor hədiyyə etdi - VİDEO

Küçədə oturub mağaza vitrinindən cizgi filmi izləyən azyaşlıya televizor hədiyyə olunub.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə 7 yaşlı Muradın televizor mağazasının qarşısında yerdə oturub, cizgi filmi izləməsi haqda foto ictimailəşdikdən sonra rəhbərlik azyaşlını sevindirmək qərarına gəlib. Hər gün nənəsi ilə Bakıda eyni küçədən keçərkən cizgi filmi izləyən Murada mağaza rəhbərliyi tərəfindən elə həmin televizor hədiyyə olunub.

Muradın anasına da iş tapmaqda köməklik ediləcəyi bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə azyaşlı uşağın Bakıdakı mağazaların birinin önündə oturub, vitrindəki televizora baxdığı foto yayılmışdı. Həmin foto sosial şəbəkə istifadəçiləri tərəfindən böyük marağa səbəb olmuşdu.

 

DİGƏR XƏBƏRLƏR

Top