Cüdoçumuz erməniyə qalib gəldi və yarımfinala çıxdı

II Avropa Oyunlarında azərbaycanlı cüdoçu Rüstəm Orucov erməni rəqibini məğlub edib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Orucov Ferdinand Karapetyana vazari fəndi ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında ermənilər üzərində üçüncü qələbəsidir.

Hidayət Heydərov isə yunan rəqibinə uduzaraq təsəlliverici yarışa qatılacaq. O, Karapetyanla qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top