Medal sıralaması: Azərbaycan Avropa Oyunlarında neçənci yerdədir?

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında iki gün arxada qalıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Azərbaycanın artıq 13 idmançısı mübarizəni başa vurub.

Komandamızın aktivində dörd medal var. Bunlar bir gümüş, üç bürünc medaldır.

Belə ki, akrobatika gimnastikasında Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı gümüş və bürünc medal qazanıb. Samboda isə Mehman Xəlilov və Emil Həsənov bürünc medala sahib olub. Medal sıralamasında Azərbaycan hazırda 10-cu yerdədir. Rusiya 18 medalla (9 qızıl, 5 gümüş və 4 bürünc) ilk sırada liderlik edir. Belarus 14 medalla (4 qızıl, 2 gümüş və 8 bürünc) ikinci sıradadır. Gürcüstan 10 medalla (3 qızıl, 3 gümüş və 4 bürünc) üçüncü pillədə qərarlaşıb.

Ümumiyyətlə, hazırda 50 ölkədən 24-ü medal qazana bilib.

DİGƏR XƏBƏRLƏR

Top