Astarada avtomobil körpüdən aşıb

Astarada avtomobil körpüdən aşıb, bir ailənin üç üzvü xəsarət alıb.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara rayonu ərazisində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mersedes" markalı avtomobil yol qovşağı üzərindəki körpüdən aşağı aşıb. Nəticədə avtomobilin sərnişinləri - 1962-ci il təvəllüdlü Astara şəhər sakini Yektarə İslam qızı Cəfərova, 1992-ci il təvəllüdlü Ağabəyim İlham oğlu Cəfərli və 1994-cü il təvəllüdlü Abdulla İlham oğlu Cəfərli müxtəlif dərəcəli xəsarətlər alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların ikisinin də qol nahiyəsi gipsə salınaraq bu gün səhər evə buraxılıblar. Vəziyyəti daha ağır olan Yektarənin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top