“Amazon” dron-kuryerlərin köməyi ilə insanları izləmə texnologiyasını patentləyib

“Amazon” şirkəti dron-kuryerlərin köməyilə insanları izləmə sisteminin hazırlanması texnologiyasını patentləyib. Həmin texnologiyanı təhlükəsizlik kameraları kimi də istifadə etmək olar.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, istənilən istifadəçi öz evini müşahidə etmək üçün “Amazon”dan dron-kuryerlər icarəyə götürə biləcək. Bu, ev təsərrüfatlarının təhlükəsizliyini yüksəltməyə imkan verəcək. Dron istifadəçiyə hər saat evdə baş verənlər haqqında məlumat verəcək.
 
Qurğu mikrofon və gecə görünüşlü kamera ilə təchiz ediləcək. Həmçinin qonşu evlərin təsviri bulanıq ediləcək ki, bu da qonşuların məxfilik problemini həll etməyə imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top