Tramp İrana qarşı yeni sanksiyaların tarixini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirib.

O bunu öz "Twitter" səhifəsində yazıb.

"Biz İrana qarşı yeni geniş sanksiyaları bazar ertəsi tətbiq edəcəyik", - deyə o bildirib.

Prezident bununla yanaşı əlavə edib ki, o, İrandan məhdudiyyətlərin götürüləcəyi və bu ölkənin uğurlu və çiçəklənən dövlətə çevriləcəyi günü gözləyir.//Report

DİGƏR XƏBƏRLƏR

Top