Tbilisidə növbəti etiraz aksiyası başlayıb


Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Hazırda aksiya iştirakçıları parlamentin önünə toplaşır.

Aksiyada kütləviliyin azaldığı müşahidə olunur.

Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub.

Üç gündür davam edən aksiyanın bugünkü tələbləri hələ açıqlanmayıb.

Aksiyaya müxalif partiyaların nümayəndələri də qoşulub.

Ötəngünkü aksiyanın tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası və növbədənkənar parlament seçkiləri olub.(report)

DİGƏR XƏBƏRLƏR

Top