Xırdalanda naməlum piyadanı "Mercedes" vurub öldürdü


Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
. Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, iyunun 22-də Xırdalan şəhəri ərazisində Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top