“Kontakt Home” mağazasından 15 min manat oğurlanıb.
Mağazanın Gəncə şəhərində yerləşən filialının inzibatçısı hüquq-mühafizə orqanlarına şikayət edərək, kassadan 15 min manat oğurlandığını bildirib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın satış təmsilçisi Eşqin İsmayılov saxlanılıb.
Araşdırma aparılır.(APA)